İstanbulda ABU-nun 52-ci Ümumi İclası keçirilir

Asiya-Sakit Okean Yayım Birliyinin (ABU) 52-ci Ümumi İclası İstanbulda davam edir.

359585
İstanbulda ABU-nun 52-ci Ümumi İclası keçirilir

TRT-nin ev sahibliyi etdiyi iclasa yeni televiziya layihələri damğa vurdu.

Ortaq serial layihəsi Birliyin prioritetləri arasındadır.

TRT Baş Direktoru Şenol Göka da iclasdakı çıxışında televiziya ilə bağlı ortaq verilişlərin həyata keçirilməsinin lazım olduğunu söylədi.

Müstəqillik bayramı səbəbi ilə dünən Türkmənistanda olduğunu bildirən Göka, eyni zamanda,  oraya ortaq yayın və ortaq serial müqaviləsi bağlamaq üçün getdiyini də qeyd etdi.

Göka: "Tabii ki, bu, bizim ortaq tariximizlə bağlı idi, amma bütün Asiya ölkələri ilə birgə tariximiz var və bir ortaq tərəflərimiz var, mütləq ortaq işlər görə bilərik : dedi.

68 ölkədən nümayəndənin iştirak etdiyi ABU Ümumi İclasında əməkdaşlığın artırılması məqsədi güdülür.

Keyfiyyətin idarəedilməsi seminarına qatılan  TRT Baş Direktorunun Müavini Erkan Durdu da insan mərkəzli keyfiyyət anlayışına diqqət çəkdi.

Dardu: "Keyfiyyət yalnız texnologiyaya qoyulan kapitalla deyil,  insana qoyulan kapitalla üzə çıxar " dedi.

TRT-nin ev sahibliyi etdiyi ABU Ümumi İclası oktyabrın 31-də başa çatacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr