Ərdoğan: " Yeni Türkiyə yolunda irəliləməyə davam edəcəyik"

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin sabit və təhlükəsiz mühitindən narahat olanların ölkəni əsas gündəmindən uzaqlaşdırmağa çalışdıqlarını, lakin Türkiyənin heç vaxt hədəflərindən uzaqlaşmayacağını söylədi.

401882
Ərdoğan: " Yeni Türkiyə yolunda irəliləməyə davam edəcəyik"

Ərdoğan "4.5g IMT-Advanced Rəsmi Sənədi"nin imzalanma mərasimində etdiyi çıxışda təhsildən səhiyyəyə qədər bir sıra  sahədə görülən işlərdən danışdı.

Türkiyə prezidenti Türkiyənin adını yalnız terrorla və böhranla əlaqədar xatırlayanların məqsədinin bütün bu uğurlara, inkişaflara kölgə salmaq olduğunu bildirdi.

Ərdoğan: "Ölkəmizdəki sabitlik və təhlükəsizlik iqlimindən narahat olanlar 7 iyun seçkilərindən sonra ortaya çıxan qeyri-müəyyən şəraiti və baş verən terror hadisələrini bəhanə edərək bizi əsas gündəmdən uzaqlaşdırmağa cəhd etdilər, amma biz bu oyuna gəlməyəcəyik, heç vaxt hədəflərimizdən uzaqlaşmayacağıq . Bütün qurumları ilə dimdik ayaqda duran, çalışan, istehsal edən Türkiyə olaraq yeni Türkiyə yolunda, böyük Türkiyə yolunda qətiyyətlə irəliləməyə davam edəcəyik".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr