PKK terror tǝşkilatına daha bir ağır zǝrbǝ endirilib

Türk Silahlı Qüvvələrinin Hakkaridə hǝyata keçirdiyi hava əməliyyatında separatçı terror təşkilatına aid sığınacaq, mağara və silah anbarları məhv edilib.

399471
PKK terror tǝşkilatına daha bir ağır zǝrbǝ endirilib

Baş qərargah rǝisliyinin internet saytında yerlǝşdirilǝn mǝlumata ǝsasǝn terrora qarşı mübarizə çǝrçivǝsindǝ Hakkaridə davam edən əməliyyatda İkiyaka dağlarında separatçı terror təşkilatına aid təsbit edilən sığınacaq, mağara və silah anbarları dağıdılıb.
Hakkari Şǝmdinlidǝ separatçı terror təşkilatından qaçan bir terrorist, təhlükəsizlik qüvvǝlǝrinǝ təslim olub.
Şırnakda hǝyata keçirilǝn əməliyyatda isǝ 7 ədəd Kaleşnikof avtomatı ələ keçirilib. Bir terrorçu tutulub.
Erzincan Kemah və Muşun Varto rayonunda isə təşkilata yardım etmǝkdǝ ittiham edilǝn 29 nǝfǝr saxlanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr