Türkiyə Xarici Terrorçu Protokolunu imzaladı

Türkiyə Avropa Şurasının xarici terrorçu məsələsilə bağlı Avropa Terrorla Mübarizə Konvensiyanın Əlavə Protokolunu imzalayıb.

398191
Türkiyə Xarici Terrorçu Protokolunu imzaladı

  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2014-cü ildə çıxan 2178 saylı qərarından sonra Avropa Şurası Terrorizmin Əngəllənməsi Konvensiyasının Əlavə Protokolunu üzv ölkələr tərəfindən ən qısa müddətdə hazırlayıb.

  Sözü gedən Əlavə Protokol Latviyanın paytaxtı Riqada təşkil edilən Nazirlər Komitəsi Konfransında, aralarında Türkiyənin də olduğu, 17 üzv ölkə və Avropa İttifaqı tərəfindən dünən imzalanıb.

  Protokolun hazırlanmasında aktiv iştirak edən Türkiyə adına imzanı Türkiyənin Avropa Şurası Nəzdindəki Daimi Nümayəndəsi, səfir Ərdoğan Şərif İşcan atıb.

  Qarşıdurma bölgələrinə qonşu ölkə kimi açıq və artan təhdidlərlə üz-üzə qaldığı üçün bu atılan imza ilə Türkiyə bütün terror təşkilatları ilə eyni qətiyyətlə mübarizə etdiyini bir daha göstərib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr