Dövlət başçısı terror hadisəsi ilə bağlı növbəti açıqlama verdi

Dövlət başçısı Həmkarlar İttifaqları Konfederasiyasının paytaxt Ankarada təşkil olunan 13-cü ümumi yığıncağında çıxış edib.

396643
Dövlət başçısı terror hadisəsi ilə bağlı növbəti açıqlama verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ankarada oktyabrın 10-da 102 nəfərin ölməsinə səbəb olan terror hadisəsinin terror təşkilatlarının birgə törətdiyini söyləyib.
Dövlət başçısı Həmkarlar İttifaqları Konfederasiyasının paytaxt Ankarada təşkil olunan 13-cü ümumi yığıncağında çıxış edib.
Ankara törədilən bu terror hadisəsi ilə bağlı Ərdoğan bildirb ki, Qarın önündə yaşanan hadisə terrorun necə kütləvi həyata keçirildiyini göstərən bir olaydır. Burada DAEŞ də var, PKK da, Əl Muhabərat da, Suriyanın şimalındakı PYD terror təşkilatı da var. Hamısı bu hadisəni birlikdə planlaşdırıblar.
Dövlət başçısı deyib ki, "biz nə bu ölkənin yanğın yerinə dönməsinə, nə də xainlərin sevinməsinə icazə vermiyəcəyik.
Ərdoğan Türkiyədə irqi ayrıseçkiliklə bağlı səslənən fikirlərijn qərəzli olduğunu bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr