Baş nazirin müavini Türkeş TSR-dǝ gündǝmi dǝyǝrlǝndirdi

Baş nazirin müavini Tuğrul Türkeş TRT Türkiyǝnin Sǝsi Radiosunun qonağı oldu.

396851
Baş nazirin müavini Türkeş TSR-dǝ gündǝmi dǝyǝrlǝndirdi

Baş nazirin müavini Tuğrul Türkeş TRT Türkiyǝnin Sǝsi Radiosunun qonağı oldu.
Türkeş Türkiyǝnin gündǝmindǝ yer tutan terror hadisǝlǝri vǝ keçirilmǝsinǝ az bir vaxt qalmış parlament seçkilǝrini dǝğǝrlǝndirǝrǝk deyib ki, Türkiyǝdǝ qarışılıq yaratmağa cǝhd göstǝrǝnlǝr var, amma ölkǝdǝ qarışıqlıq olmur. Türkiyǝdǝ seçkilǝrin tǝhlükǝsizliyinǝ dair tǝhlükǝ vǝ tǝhdid yoxdur. Bu proses ǝmin-amanlıq içǝrisindǝ keçirilǝcǝk.
Ankaradakı terror aktının Türkiyǝnin dincliyi vǝ sabitliyini pozmaq istǝyǝn bǝzi qaranlıq ǝllǝr tǝrǝfindǝn törǝdildiyinǝ diqqǝt çǝkǝn Baş nazirin müavini bildirib ki, bu terror aktı Türkiyǝyǝ yönǝldilmiş bir terror hücumudur. Hǝdǝfi Türkiyǝdir, Türk insanıdır. Türkiyǝdǝki tarazlığı pozmaq, xaos vǝ iğtişaş yaratmaq üçün hǝyata keçirilmişdir.
Tuğrul Türkǝş bir suala cavabǝn isǝ deyib ki, hal-hazırda dövlǝtimizin vǝ seçki hökumǝtinin dǝ qǝrarı terrorla qǝti şǝkildǝ mübarizǝ aparmaqdır. Terror tǝşkilatı ölkǝ xaricinǝ çıxacaq yaxud da burada tǝrki silah edǝcǝk. Silahlardan ǝl çǝkdiktǝn sonra hǝll yolu prosesi gündǝmǝ gǝtirilǝ bilǝr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr