Prezident Sarayında terrorla mübarizə müzakirə olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin şərq və cənub-şərqindən, 16 bölgədən gələn 61 ictimai rəy lideri ilə görüşdü.

395036
Prezident Sarayında terrorla mübarizə müzakirə olundu

Qəbul zamanı Ərdoğanın terrorizmlə mübarizə məsələsi başda olmaqla, region problemləri barədə çıxış etdi.

PKK terror təşkilatının hücumları səbəbindən cənub-şərqi Anadolu bölgəsinə yatırımçıların getmədiyini vurğulayan Ərdoğan: “ Bölgə xalqı terror təşkilatı PKK-dan bunun hesabını soruşmalıdır”dedi.

Prezident Ərdoğan ictimai rəy liderləri ilə təkbətək görüşlər keçirdi.

Yığıncaqda Türkiyə Daxili İşlər Naziri Selami Altınok, Dövlət Düzəni və Təhlükəsizliyi Müşaviri Məhəmməd Dərvişoğlu da iştirak etdilər.

Mətbuata qapalı keçirilən qəbul təxminən 11 saat davam etdi


Etiketlәr:

Әlaqәli Xәbәrlәr