Xaricdə yaşayan Türkiyə vətəndaşları səs verirlər

Xaricdə yaşayan Türliyə vətəndaşlarının noyabrın 1-də keçiriləcək Parlament Seçkiləri üçün səsvermə prosesi davam edir.

355877
Xaricdə yaşayan Türkiyə vətəndaşları səs verirlər

Səsvermənin son həftəsində yüzlərlə insan səs vermək üçün məntəqələrə axın etdi.

Almaniyanın Köln şəhərində yüzlərlə Türkiyə vətəndaşı konsulluğun qarşısında uzun növbələr yaratdı.

Amerika Birləşmiş Ştatlarında təxminən 91 min Türkiyəli seçicinin 1 noyabr parlament seçkiləri üçün səs vermə prosesi davam edir.

Seçicilər oktyabrın 25-dək səsvermə məntəqələrinə gələrək səslərini öz namizədlərinə verə biləcəklər.

Seçkilər bitdikdən sonra diplomatik torbalara qoyulacaq səslər kuryerlərə təslim edilərək Türkiyəyə göndəriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr