Kamikadzelǝrdǝn birinin şǝxsiyyǝti müǝyyǝn edilib

Ankarada xain hücumu törǝdǝn kamikadzelǝrdǝn birinin şǝxsiyyǝti müǝyyǝn edilib

355888
Kamikadzelǝrdǝn birinin şǝxsiyyǝti müǝyyǝn edilib

Baş nazir Əhməd Davudoğlu 10 Oktyabrda Ankarada xain terror hücumunu həyata keçirən kamikadzelǝrdǝn birinin şǝxsiyyǝtinin konkret olaraq müǝyyǝnlǝşdirildiyini bildirib.
Xüsusi bir televiziya kanalına müsahibǝ verǝn hökumǝt başçısı, terror aktında iştirak edǝn digǝr cinayǝtkarlar ilǝ bağlı istintaqın davam etdiyini qeyd edib.
Bu günə qədər bir çox terror hücumunun qarşısının alındığını ifadǝ edǝn Baş nazir Davudoğlu, “Biz terrorçuların heç bir fǝaliyyǝtini gözdǝn yayındırmarıq. Bu sahǝdǝ lazımlı addımlar atılıb” deyǝ vurğulayıb.
Digǝr tǝrǝfdǝn Oktyabrın 10-da Ankarada 102 nəfərin ölümünə səbəb olan terror hadisəsi ilə bağlı istintaqa cəlb edilən 11 şübhəlidən 4-ü tutulub.
Prokurorluq şübhəlilərdən 6-nı həbs etmək tələbi ilə məhkəməyə cəlb edərkən onlardan 4-ü sərbəst buraxılıb, 1-nin nəzarətə götürülməsini tələb edib.
Növbətçi sülh cəza hakimliyi tutulması istənilən 6 şübhəlidən 4-nü həbs edib 2-ni xüsusi nəzarətə götürülməsi şərti ilə azad edib. Məhkəmə prokurorluğun tələbi yerinə yetirməklə digər şübhəli ilə bağlı da nəzarət altına alınması qərarını verib.
Xüsusi nəzarət altına götürülən şübhəlilərin xarici ölkələrə getməsinə qadağa qoyulub. Bununla bağlı polis idarəsinə gətirilən şübhəlilərdən imzaları alınıb.
Məhkəmə digər 9 şübhəlinin tutulması ilə bağlı qərar çıxarıb

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr