Beynəlxalq Aviasiya Müzakirələri Konfransı öz işinə başladı

Beynəlxalq Aviasiya Müzakirələri Konfransı bu il Türkiyədə keçirilir.

394218
Beynəlxalq Aviasiya Müzakirələri Konfransı öz işinə başladı


Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin Mülki Aviasiya Baş İdarəsinin ev sahibliyi etdiyi,  Türk Hava Yolları (THY), Pegasus, Atlasglobal Hava Yolları və TAV-ın əməkdaşlığı ilə həyata keçirilən Aviasiya Müzakirələri Konfransı (ICAN 2015) Antalyada başladı.


Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Sədri (İCAO) Dr. Olumuyiwa Benard Aliu aviasiya sektorunun dünyada ildə təxminən 3,3 milyard sərnişin və 50 milyon ton yük daşıdığını bildirərək, 2020-2030-cu illər arasında təyyarə ilə səyahət edən sərnişin sayının bunun iki qatına çıxacağını düşündüklərini bildirdi.

Konfransda çıxış edən Türkiyə Mülki Aviasiya Baş İdarəsinin Direktoru Bilal Ekşi də 8-inci Aviasiya Müzakirələri Konfransının ən çox nümayəndənin qatıldığı bir konfrans olduğunu diqqətə çatdırdı.

Bilal Ekşi konfransda 94 ölkədən 800-dən çox nümayəndənin iştirak etdiyini dedi.

Konfransda mülki aviasiya şirkətlərinin xarici uçuşların sayını artırmaq məqsədilə aviasiya məsələlərini müzakirə edərək ikitərəfli, regional, sektorlararası əməkdaşlıq müqavilələrini imzalamaları gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr