Avropa İttifaqından Kıbrıs Rum İcmasına cavab

Avropa İttifaqı Kıbrıs Rum İcmasının, Ankaranın tam hüquqlu üzvlüyü çǝrçivǝsindǝ başlıqların müzakirǝsinǝ başlanmasına dair tǝnqidinǝ cavab verib.

355991
Avropa İttifaqından Kıbrıs Rum İcmasına cavab

Avropa Komissiyasının sözcüsü Margaritis Schinas; “Şuranın qərarı bǝllidir vǝ ortaq bir qǝrdardır. Şǝrtlǝrimiz aydındır. Viza rejiminin asanlaşdırılması və geri qəbul razılaşmasını həyata keçirmək, Türkiyənin iqtisadi və siyasi olaraq Avropaya inteqrasiyası, müzakirə prosesinin sürətləndirilməsidir” deyib.
Qeyd edǝk ki, Kıbrız Rum İcması Xarici İşlər Naziri Yannis Kasulidis Avropa İttifaqının Türkiyənin üzvlük məsələsində dondurulan müzakirələrə başlanılmasına imkan verməyəcəyini söyləyib.
İoannis Kasulidis, Yunan dövlət televizyasına verdiyi müsahibədə Türkiyənin Avrupa İttifaqı ilə apardığı üzvlük müzakirələrində, 23 ve 24 nömrəli başlıqların açılmasına, cavabının müsbǝt olmayacağını deyib.
Kasulidis, “23 ve 24 saylı başlıqların qapalı qalmasına mane olan səbəblərin aradan qalxmadığını, bu sǝbǝbdǝn bu başlıqların da müzakirǝsinin mümkün olmadığını irǝli sürüb.
Açıklamanın, Almanya kansleri Angela Merkelin, ötən gün İstanbula səfəri zamanı Baş nazir Əhməd Davudoğluna verdiği – qeyri-qanunu köç axının artmasının qarşılığında üzvlük məsələsi sürətlənməli – sözünden bir gün sonra olması diqqət çəkib.
Almaniya kansleri Angela Merkel də dünən İstanbula səfəri zamanı Türkiyənin üzvlük məsələsi ilə bağlı müzakirələrdə yeni mövzuların açıla biləcəyi mesajını verib.
Almanyanın, bu il ərzində iqtisadi və maliyyə siyasəti mövzusunun açılmasına hazır olduğunu söyləyən Merkel məhkəmə ve insan haqları, eləcə də ədalət, müstəqillik və təhlükəsizlik məsələlərinin açılmasına dair müzakirələrin aparılması ilə bağlı bəzi məqamların tapıldığını açıqlamışdı.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr