Tatarıstan prezidenti nazirlə birlikdə Kocaelində

Rusiya Federasiyasına bağlı Tatarıstan Muxtar Respublikasının prezidenti Rustam Minnihanov rəsmi səfərə gəldiyi Kocaelində Elm, Sənaye və Texnologiya naziri Fikri İşıkla görüşüb.

392809
Tatarıstan prezidenti nazirlə birlikdə Kocaelində

  Türkiyəyə hər gəlişində özünü evinə gəlmiş kimi hiss etdiyini söyləyən Minnihanov iki ölkə arasında əlaqələrin bundan əvvəlki nəsillərdən yadigar qalaraq ortaq dil, din və mədəniyyət sayəsində yarandığını bildirib:

  "Türkiyəyə hər gəlişimizdə yeni insanlarla tanış olmağa, yeni imkanlar əldə etməyə çalışırıq. Türk xalqının nə qədər mərd, nə qədər çalışqan olduğunu görür və hər gedişimizdə öyrəndiklərimizi məmləkətimizə aparırıq."

  Fikri İşık da öz növbəsində Türkiyə və Tatarıstanın yaxın və səmimi əlaqələrə malik iki dost və qardaş ölkə olduğunu vurğulayaraq Tatarıstandakı əlaqədar təşkilat və qurumlarla, eyni zamanda, elm və texnologiya zəminində daha yaxın əməkdaşlıq arzuladıqlarını təkrarlayıb.

  İşık 1990-ci ildən inşaat işində iki ölkə arasında ticarət əlaqələrinin inkişafına da diqqət çəkərək deyib: “Türkiyə firmalarının Tatarıstanda sərmayələri 1,5 milyard dollara qalxıb. Bu rəqəm Tatarıstanda ümumi xarici investisiyaların dörddə biri deməkdir. Türkiyənin 2014-cü ildən etibarən Tatarıstan Respublikasına ixracatı 325, idxalatı isə 183 milyon dollarlıq olub. Sahib olduğumuz potensial və tarixi bağlar bu əməkdaşlığı daha da inkişaf etdirəcək. Türkiyə və Tatarıstan arasında hər cür əlaqə irəliləyən dövrlərdə daha üst səviyyələrə çatacaq.”

  Qonaq prezident sonra Kocaeli valisi Hasan (Həsən) Besri Güzeloğlunun onun şərəfinə təşkil etdiyi axşam yeməyində olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr