Avropa Məhkəməsi Doğu Perincekə haqq qazandırdı

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası Türkiyə Vətən Partiyasının (keçmiş İşçi Partiyası) sədri Doğu Perincekə haqq verib.

392919
Avropa Məhkəməsi Doğu Perincekə haqq qazandırdı

  Qərara görə, AİHM-nin 10-cu maddəsinə əsasən, Doğu Perincekin söz və fikir azadlığı var və müddəa üzrə məhkəmə ona haqq qazandırıb.

  Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perincek 2005-ci ildə İsveçrədə konfranslarda iştirak edərkən öz çıxışlarının birində Osmanlı İmperiyasında baş verən qondarma "erməni soyqırımı"nı "beynəlxalq yalan" adlandırıb. Bundan sonra "İsveçrə-Ermənistan" Assosiasiyası türk siyasətçini məhkəməyə verib. 2007-ci ildə Lozanna məhkəməsi Perinceki irqi ayrı-seçkilikdə təqsirli bilib, lakin o, 2008-ci ildə bu qərardan AİHM-yə şikayət edərək İsveçrəni söz azadlığını pozmaqda təqsirləndirib. 

  2013-cü ildə AİHM Perincekin şikayətini təmin edib. Amma 2014-cü ilin martında İsveçrə qərara görə apellyasiya şikayəti vermişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr