Rusiya ilǝ enerji mövzusunda problem yoxdur

Enerji vǝ Tǝbii Sǝrvǝtlǝr naziri Әli Rza Alaboyun Rusiya ilǝ enerji sahǝsindǝ ǝlaqǝlǝr vǝ üçüncü nüvǝ stansiyasının tikilmǝsilǝ bağlı önǝmli açıqlamalar verib.

354222
Rusiya ilǝ enerji mövzusunda problem yoxdur

Enerji vǝ Tǝbii Sǝrvǝtlǝr naziri Әli Rza Alaboyun Rusiya ilǝ enerji sahǝsindǝ ǝlaqǝlǝr vǝ üçüncü nüvǝ stansiyasının tikilmǝsilǝ bağlı önǝmli açıqlamalar verib.
Alaboyun Rusiya ilǝ enerji mövzusunda problem olmadığını bildirǝrǝk deyib ki, Dövlǝt başçısı Әrdoğanın “Nüvǝ stansiyası tikǝcǝk bir şirkǝt dǝ , tǝbii qaz alacaq bir mǝnbǝ dǝ tapılar” cavabı “Rusiya ilǝ problemǝmiz var” mǝnasında yozumlandı. Bu sözlǝr bir qǝdǝr uzadıldı. Rusiya ilǝ enerji barǝdǝ problem olmadığını söylǝmǝk istǝrdik.
Nazir rus hǝmkarı Aleksandr Novak ilǝ görüş keçirdiklǝrini qeyd edǝrǝk bunları deyib, dostcasına görüşlǝrimiz oldu. Bizim qaz mövzusunda almaqda yaxud da vermǝkdǝ heç bir problemimiz yoxdur. Bunlar imzalanan müqavilǝlǝr çǝrçivǝsindǝ alınır. Biz baha satılır deyǝ “İstǝmirik sizin qazınızı” deyǝ bilmǝrik. Qazı satın alıb mǝhkǝmǝyǝ müraciǝt edǝrik vǝ keçmişdǝkini faizi vǝ cǝrimǝsilǝ haqq etdiyimiz pulu da alarıq.
Nazir Alaboyun üçüncü nüvǝ stansiyanın Kırklareli vilayǝtinin İğnǝada bölgǝsindǝ tikilmǝsinin planlaşdırıldığını da söylǝyib.
Hǝmin mövzuyla ǝlaqǝdar olaraq görüşlǝrin davam etdiyini bildirǝn nazir, hal-hazırda ilk gǝlǝnlǝrin çinlilǝr ilǝ amerikalılar olduğunu, onlarla razılıq ǝldǝ edildiyini vǝ yaponların da bu mǝsǝlǝ ilǝ maraqlandıqlarını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr