Ərdoğan finlandiyalı həmkarı ilə ölənlərin xatirəsini yad etdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan rəsmi səfərdə Türkiyədə olan Finlandiya prezidenti Şaul Niinistö ilə birlikdə Ankara qatar stansiyasına gedib.

392193
Ərdoğan finlandiyalı həmkarı ilə ölənlərin xatirəsini yad etdi

  İki dövlət başçısı burada terror hücumunda həyatını itirənlərin xatirəsinə partlayışların olduğu yerlərə qərənfil qoyub və onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

  Hücum yerində tədqiqatların davam etdiyini deyən Ərdoğan sonra həmkarını yola salıb.

  Ərdoğandan sonra faciə yerinə Daxili İşlər naziri Selami Altınok gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr