Ərdoğan: " Bütün terror təşkilatları eyni dərəcədə canidir"

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada şənbə günü törədilən terror hücumunun Suriya mənbəli olduğuna aid kəşfiyyat aparıldığını bildirərək, DEAŞ, PKK, PYD, YPG, DHKP-C daxil olmaqla bütün ehtimalların yoxlanıldığını vurğuladı.

392362
Ərdoğan: " Bütün terror təşkilatları eyni dərəcədə canidir"

Ərdoğan rəsmi səfərlə Türkiyədə olan Finlandiyalı həmkarı Sauli Niinistö ilə təkbətək görüşdükdən sonra birgə mətbuat konfransı keçirdi.

Mətbuat konfransında çıxış edən Ərdoğan: "Biz terroru özünü necə təqdim etdiyinə, hansı addan istifadə etdiyinə, ritorikasına, üsuluna görə təsnif etmirik, sadəcə, terror adlandırırıq. Məsələyə bu şəkildə yanaşmayan, terror qarşısında, terror təşkilatları qarşısında ikili standartlardan istifadə edən hər kəs, açıq deyirəm, terrora dəstək verir. Biz, ölümlər arasında fərq qoymadığımız kimi, qatillər arasında da, terror təşkilatları arasında da fərq qoymuruq. Bütün terror təşkilatları bizim üçün eyni dərəcədə canı, eyni dərəcədə əxlaqsız, eyni dərəcədə pisdir".

Ərdoğan paytaxt Ankarada törədilən terror hücumunun araşdırılması üçün Dövlət Nəzarət Kabinetinə tapşırıq verdiyini açıqladı.

Prezident Ərdoğan Ankara Dəmiryolu Vağzalında baş verən və 97 nəfərin ölümü ilə nəticələnən təcavüzün Türkiyəyə qarşı edildiyini, hədəfin Türkiyə və Türk xalqı olduğunu dedi.

Ərdoğan: “ Sadəcə maşalar deyil, onları istifadə edən qüvvələr də mütləq ortaya çıxarılmalıdır. Ankara təcavüzü haqqında Dövlət Nəzarət Kabinetinə tapşırıq verdim, fərqli bir prizmadan öyrənmələrini istədim. Hücumla bağlı heç bir ehtimalın göz ardı edilməməsi lazım olduğunu düşünürəm" deyə danışdı.


 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr