Ankara Şəhər Polis rəisi işdən çıxarıldı

Türkiyə Daxili işlər Nazirliyi Ankara Şəhər Polis Rəisi Kadri Kartalı və iki şöbə müdirini vəzifədən uzaqlaşdırdı.

392117
Ankara Şəhər Polis rəisi işdən çıxarıldı

Nazirlikdən verilən yazılı açıqlamada: "Ankara Dəmiryolu Vağzalı qarşısında baş verən mənfur terror hücumunun hərtərəfli şəkildə araşdırılması tapşırılan mülki və polis baş inspektorlarının təklifləri əsasında istintaqın obyektiv aparılması üçün Ankara Rayon Polis Rəisi, Kəşfiyyat Şöbə Müdiri və Təhlükəsizlik Şöbə Müdiri vəzifələrindən uzaqlaşdırılıb" deyildi.

Ankara Şəhər Polis İdarəsinin Müdiri vəzivəsi müvəqqəti olaraq Müavini Ahmet Hakan Arıkana tapşırılıb.

Digər tərəfdən, Ankara Cümhuriyyət Baş Prokurorluğu, hücumla bağlı istintaq çərçivəsində 3 Twitter hesabı ilə əlaqədar məlumat tələb etdi. Sosial media saytı Twitter istifadəçilərin IP ünvanlarını prokurorluğa verdi.
Prokurorluq tərəfindən məlumatları istənilən 3 hesabda partlayışla bağlı şübhəli mesajlar vardı.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr