"Terrora qarşı mübarizədə Türkiyə ilə birlikdə olacağıq", R Şəri

Ankarada səfərdə olan Pakistan Baş Qərargah Rəisi Rahil Şərif Ankarada təşkil edilən terror aktını qınayıb.

391493
"Terrora qarşı mübarizədə Türkiyə ilə birlikdə olacağıq", R Şəri

Ankarada səfərdə olan Pakistan Baş Qərargah Rəisi Rahil Şərif Ankarada təşkil edilən terror aktını qınayıb. Şərif, “Terrora qarşı mübarizədə Türkiyə ilə birlikdə olacağıq” deyə bildirib.
Rahil Şərif, 2014-ci ildə Pişəvar hərbi məktəb hücumunda həyatını itirən tələbələr üçün Ankaranın Keçiören mǝhǝllǝsindǝ Ədalət və İnkişaf Partiyası tərəfindən keçirilən ağacəkmə aksiyasına qatılıb. Şərif, Ankaradakı terror hücumunu qınayaraq, Pakistanın Türk xalqının kədərinə şərik olduğunu deyib. Bu terror aktında günahsız insanların həlak olduğunu bildirən Şərif, “Pakistanda da eyni hadisələr baş verib. Bu səbəblə Terrora qarşı Türkiyə ilə bərabər olacağıq” deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr