Finlandiya prezidenti Türkiyəyə rəsmi səfərə gəlir

Cümhurbaşqanlığı Baş Mətbuat Xidməti Şöbə Müdirliyindən verilən məlumata görə, Finlandiya prezidenti Şaul Niinistö 13-15 oktyabrda Türkiyəyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qonağı olaraq gələcək.

352032
Finlandiya prezidenti Türkiyəyə rəsmi səfərə gəlir

  Türkiyə və Finlandiya arasındakı iş birliyinin hər sahədə inkişaf etdirmək üçün təşkil olunan səfərdə Niinistö ilə birlikdə Finlandiya İqtisadiyyat naziri Olli Rehn və fin iş adamlarından ibarət heyət də olacaq.

  Ərdoğan və qonaq prezident 13 oktyabrda görüşəcək, Türkiyə ilə Finlandiya arasındakı siyasi, iqtisadi, ticarət və mədəni əlaqələri, iş birliyi imkanları müzakirə ediləcək, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr