Cövdet Yılmaz Peruda BVF (IMF) və Dünya Bankı tədbirlərində

Baş nazir müavini Cövdət Yılmaz Beynəlxalq Valyuta Fondu, Dünya Bankı İllik iclasları və G 20 danışıqları üçün Perunun paytaxtı Limada olub.

352034
Cövdet Yılmaz Peruda BVF (IMF) və Dünya Bankı tədbirlərində

  Yılmaz, eyni zamanda, BVF başçıları ilə reallaşdırılan ənənəvi ailə fotoşəkil çəkilişlərində də iştirak edib.

  Sonra Baş nazir müavini təşkil edilən mətbuat konfransında çıxış edərək G 20 barədə gəlinən qərarlara münasibət bildirib.

  Üzv ölkələrin beynəlxalq vergitutma sisteminin modernləşdirilməsini nəzərdə tutan "Mənfəət Vergisi (Matrah) Aşındırma və Gəlir Gətirən Fəaliyyət Planı"nı yekdilliklə qəbul etdiklərini nəzərə çatdıran Cövdet Yılmaz daha sonra Beynəlxalq Valyuta Fondu və Maliyyə Komitəsinin (IMFC) 32-ci Toplantısında iştirak edib.

  Türkiyə, Avstriya, Belarusiya, Çexiya, Macarıstan, Kosova, Slovakiya və Sloveniyadan ibarət ölkələr qrupunu təmsil etdiyi çıxışında Baş nazir müavini qlobal inkişafın ümumi görüntüsünü “mülayim seyr”, ölkə və bölgələr arasındakı vəziyyətini isə “balanssız” adlandırıb.

  Perunun paytaxtı Limada Cövdet Yılmaz maliyyə dünyasının qabaqcıl nümayəndələri ilə də təklikdə görüşlər keçirir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr