"Türkiyəyə başqa Nobel mükafatlarının da gələcəyinə inanıram"

2015 Kimya Nobel Mükafatını alan professor Əziz Sancar bununçün məmləkəti Türkiyəyə və Cümhuriyyət dövrünün başladığı təhsil sisteminə borclu olduğunu söyləyib.

390490
"Türkiyəyə başqa Nobel mükafatlarının da gələcəyinə inanıram"

  İllərlə sərf etdiyi əməkdən sonra bu böyük mükafata layiq görüldüyü üçün böyük məmnuniyyət duyduğunu ifadə edən Sancar deyib:
  "Bura gəldim, müvəffəqiyyət qazandım, amma mənə bu təməli verən Türkiyədə aldığım təhsildir. Türkiyədə ibtidai, orta məktəb, lisey və universitetlər pulsuzdur. Türkiyədə universitetdə oxuyarkən orada aldığım təhsil buradakı universitetlər səviyyəsindədir. Bu baxımdan mən bu mükafata görə məmləkətimə və Cümhuriyyət dövrünün başladığı təhsilə borcluyam. Bura gələndə artıq araşdırma edə biləcək gücdə idim."

  Şimali Karolina Universiteti Tibb fakültəsinin Biokimya və Biofizika bölümündə professor olaraq çalışan Əziz Sancar daha çox tibblə bağlı araşdırmalar apardığı üçün kimya üzrə mükafat gözləmədiyini söyləyib.

  Tibb mükafatının sahibi açıqlandıqdan sonra "Bu il artıq olmadı" deyə düşünən Sancar mükafatla bağlı keçirdiyi hissləri belə bölüşüb: “Adını kimya mükafatçısı kimi eşidəndə ailəmlə birgə çox sevindim. Amma daha çox məmləkətim adına sevindim. Məncə, Türkiyəyə elm lazımdır. Mən də elmə bir pay qata bildiyim üçün çox sevincliyəm".

  Elmi işin səbr istədiyini söyləyən Əziz Sancar gənc beyinlərə heç enməmələrini məsləhət görüb: "Xarici ölkələrə getsinlər, oraları görsünlər, çalışsınlar, lakin mənim etdiyimi etməsinlər, Türkiyəyə dönsünlər. Türkiyəyə başqa Nobel mükafatlarının da gələcəyinə inanıram.”

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr