Ərdoğan Tokio Waseda Universitetinin Fəxri Professoru oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyaya səfəri zamanı Tokio Waseda Universitetində oldu.

389665
 Ərdoğan Tokio Waseda Universitetinin Fəxri Professoru oldu

Yaponiyanın Jiji İnformasiya Agentliyi Türkiyə Dövlət Başçısının bu ziyarətini: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tokio Waseda Universitetində çıxış edərək Aralıq Dənizi üzərindən Avropaya istiqamətlənmiş qaçqın axını problemi haqqında "Avropa qapılarını tam olaraq açmır, qaçqınların Aralıq dənizində bataraq ölmələri faktını görməzlikdən gəlir " sözləri ilə Avropanın məsələyə ciddi şəkildə müdaxilə etmədiyini dedi. Prezident Yaponiya ilə İqtisadi Tərəfdaşlıq Müqaviləsinin müzakirələri ilə əlaqədar: "Tezliklə bitirib qüvvəyə mindirmək istəyirik" deyərək gözləntisini dilə gətirdi. Waseda Universiteti prezident Ərdoğana universitetin fəxri professoru adını verdi" şəklində işıqlandırdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr