Görməz: "Aralıq dənizi vicdan və mərhəmət məzarlığına çevrildi"

Diyanət İşləri Başqanı Mehmet Görməz Aralıq Dənizinin bir vicdan və mərhəmət məzarlığına çevrildiyini söylədi.

389889
Görməz: "Aralıq dənizi vicdan və mərhəmət məzarlığına çevrildi"


Türkiyədəki vəzifəsinə yeni başlayan Almaniyanın Ankaradakı Səfiri Martin Erdmannı qəbul edən Görməz Almaniyanın qaçqınlar üçün atdığı son addımlarının sevindirici olduğunu söylədi.

Qaçqın mövzusunun insanlığın ortaq problemi olduğunu vurğulayan Diyanət İşləri Başqanı Suriyadan qaçan qaçqınların vəziyyətinə diqqət çəkdi.

Görməz:"Aralıq Dənizi yalnız qaçqın məzarlığına deyil, bir vicdan və mərhəmət qəbiristanlığına da çevrildi" dedi.

Diyanət İşləri Başqanı: "Bu günə qədər əldə etdiyimiz təcrübəni köç edən müsəlmanların inteqrasiyası üçün bölüşməyə hər zaman hazırıq"-deyə danışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr