Türkiyǝnin hava mǝkanı ikinci dǝfǝ pozulub

Xarici İşlǝr Nazirliyinǝ çağırılan Rusiyanın Ankara sǝfirinǝ etiraz notası verilib.

350086
Türkiyǝnin hava mǝkanı ikinci dǝfǝ pozulub

Xarici İşlǝr Nazirliyi rus hǝrbi tǝyyarǝsinin ikinci dǝfǝ Türkiyǝnin hava mǝkanını pozduğunu vǝ Rusiya sǝfirinin çağrılaraq rǝsmi Ankaranın etirazının bildirildiyini açıqlayıb.
Xarici İşlǝr Nazirliyinǝ çağrılan Rusiyanın Ankara sǝfirinǝ etiraz notası verilib.
Sǝfirǝ sǝrt ifadǝlǝrlǝ bildirilib:“arzu olunmayan hadisǝlǝrǝ sǝbǝb olarsınız”.

Xarici İşlǝr Nazirliyinin açıqlamasında bildirilib ki, oktyabrın 4-dǝ ikinci dǝfǝ Türkiyǝnin hava mǝkanının pozulmasına görǝ Rusiya sǝfiri Nazirliyǝ çağrılıb. Bununla bağlı olaraq Türkiyǝnin ikinci dǝfǝ sǝrt şǝkildǝ etirazı bildirildi.
NATO vǝ ABŞ da Rusiyanı qınayıb.
ABŞ Dövlǝt katibi Con Kerri hadisǝnin onu hǝddindǝn artıq narahat etdiyini bildirǝrǝk deyib ki, Türkiyǝ sahib olduğu hüquqlar çǝrçivǝsindǝ cavab verǝrǝk bu tǝyyarǝni düşürǝ bilǝrdi. Bu, dǝqiq olaraq bizim daha ǝvvǝldǝn xǝbǝrdarlıq etdiyimiz bir mövzudur.
ABŞ Dövlǝt Departamenti tǝrǝfindǝn verilǝn açıqlamada isǝ bildirilib ki, rus hǝrbi tǝyyarǝsinin Türkiyǝnin hava mǝkanını pozması tǝhdidamiz vǝ ehtiyatsız bir haldır.

NATO, Baş katib Ştoltenbergin çağırışı ilǝ sǝfirlǝr sǝviyyǝsindǝ yığıncaq keçirib. Toplantıdan sonra verilǝn açıqlamada Rusiyanın bölgǝdǝki tǝşǝbbüslǝri "tǝhlükǝli vǝ mǝsuliyyǝtsiz" olaraq dǝyǝrlǝndirilib.

Açıqlamada Rusiyadan belǝ hadisǝlǝrǝ mane olması istǝndikdǝ Türkiyǝyǝ dǝstǝk mesajı verilib.

Mövzunun bu hǝftǝ keçirilǝcǝk NATO müdafiǝ nazirlǝri toplantısında da müzakirǝ edilmǝsi gözlǝnilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr