Terrorla mübarizǝ aramsız davam edir

Tǝhlükǝsizlik qüvvǝlǝrinin terror tǝşkilatı PKK-ya qarşı iyulun 22-dǝ başlatdığı ǝmǝliyyatlarda 2 mindǝn artıq terrorçu zǝrǝrsizlǝşdirilib.

349839
Terrorla mübarizǝ aramsız davam edir

Daxili işlǝr naziri Sǝlami Altınok tǝhlükǝsizlik qüvvǝlǝrinin terror tǝşkilatı PKK-ya qarşı iyulun 22-dǝ başlatdığı ǝmǝliyyatlarda 2 mindǝn artıq terrorçunun zǝrǝrsizlǝşdirildiyini söylǝyib.
Nazir bu zaman 2483 terror aktının törǝdildiyini, bunun müqabilindǝ jandarma, polis idarǝsi vǝ silahlı qüvvǝlǝrinin ölkǝ daxilindǝ 4328 ǝmǝliyyat hǝyata keçirdiyini vurğulayıb.
Digǝr tǝrǝfdǝn terror tǝşkilatına yönǝldilmiş ǝmǝliyyatda şübhǝli bilinǝn vǝ saxlanılan 11 nǝfǝrdǝn 9-u hǝbs edilib.
Qǝrardan sonra Әdliyyǝ binası qabağında hadisǝ törǝdǝn bir qrupa polis ǝmǝkdaşları müdaxilǝ edib. Hadisǝnin qarşısının alınması mǝqsǝdilǝ genişmiqyaslı tǝhlükǝsizlik tǝdbirlǝri görülüb.
Diyarbǝkirin Şǝmdinli qǝsǝbǝsindǝ isǝ bir qrup terrorçu tǝhlükǝsizlik qüvvǝlǝrinǝ tǝslim olub, Midyatda isǝ maşınlarında silah-sursat daşıyan iki nǝfǝr hǝbs edilib.
Ayrıca Siirt şǝhǝrindǝ tǝhlükǝsizlik qüvvǝlǝrinin hǝyata keçirdiyi ǝmǝliyyatda 52 molotov kokteyli ǝlǝ keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr