"Hal-hazırki vəziyyət təkbaşına iqtidar olmağımıza bir işarədir"

Baş nazir Əhməd Davudoğlu 1 noyabr seçkilərindən Ədalət və İnkişaf Partiyanın zəfərlə çıxacağını bildirib.

386844
"Hal-hazırki vəziyyət təkbaşına iqtidar olmağımıza bir işarədir"

  Baş nazir özəl televiziya kanallarının birində Türkiyə və dünya gündəmindən danışaraq deyib:
“Biz 1 noyabrda iqtidar olacağı qəti olan bir partiyayıq. Hal-hazırki vəziyyət təkbaşına iqtidar olmağımıza bir işarədir… Seçki qutularını birləşdirilmə fikri hüquqi əsaslıdır, burada siyasi istiqamət yoxdur. Konstitusiyanın 79-cu maddəsinə görə, buna yalnız Ali Seçki Komissiyasının səlahiyyəti var. Bu iş seçki təhlükəsizliyiylə bağlıdır. Seçki heyəti ona gələn tələbləri nəzərə alacaq. Amma seçki qutuları üçün seçicilərin siyahısı dəyişməzdir.”

  Davudoğlu terrorla mübarizə mövzusunda da: "Məsələ konfliktsiz və mütləq təksilahla həll olunacaq" deyə vurğulayıb.

  Baş nazir: "Dövlətin qanuni gücü xaricində heç bir silahlı qüvvənin bu torpaqlarda artıq yer almasını istəmirik" deyib.

  Rusiyanın Suriya əməliyyatına da toxunan Baş nazir Davudoğlu bu hərəkətin DEAŞ-ı gücləndirəcəyini söyləyib: "Rusiya təktərəfli çöldən müdaxilə ilə Hamada Humusda vətəndaşları öldürdü. Orada DEAŞ yoxdur ki. Suriyada müxalifətə və vətəndaşlara istiqamətli hər hücum ya DEAŞ-ın, ya da Əsədin güclənməsinə səbəb olur… 7 ölkə ortaq bir açıqlama verdi… İran da Suriyaya qurudan əsgər göndərmə planını yeridir. İran da, Rusiya da xarici müdaxiləyə qarşı olduqlarını söyləyirdilər. Amma indi bu etdikləri doğrudur mu? "


Etiketlәr:

Әlaqәli Xәbәrlәr