Sinirlioğlu Kerri ilǝ görüşüb

Görüşdǝ Rusiyanın son müdaxilǝsi dǝ daxil, Suriyadakı proses dǝyǝrlǝndirilib.

386231
Sinirlioğlu Kerri ilǝ görüşüb

BMT Baş Assambleyasının növbǝti yığıncaqlarında iştirak etmǝk mǝqsǝdilǝ Nyu-Yorkda sǝfǝrdǝ olan Xarici İşlǝr naziri Feridun Sinirlioğlu ABŞ Dövlǝt katibi Con Kerri ilǝ görüşüb.
Diplomatik mǝnbǝlǝrdǝn ǝldǝ edilǝn mǝlumata ǝsasǝn görüşdǝ Rusiyanın son müdaxilǝsi dǝ daxil, Suriyadakı proses dǝyǝrlǝndirilib.
Terror tǝşkilatı DEAŞ başda olmaqla terror tǝşkilatlarına vǝ terrorla mübarizǝ barǝdǝki razılıq bir daha tǝsdiqlǝnib.
Görüşdǝ ayrıca Kıbrıs müzakirǝlǝrindǝ ǝldǝ edilǝn nǝticǝlǝrǝ dair fikir mübadilǝsi aparılıb.
Görüş baş tutmamış mǝtbuat mǝnsubları şǝkil çǝkǝrkǝn bir jurnalistin sualına cavab verǝn Kerri deyib ki, Rusiya vǝ ABŞ-ın hǝrbi sǝlahiyyǝtlilǝri arasında Suriyadakı ǝmǝliyyatlara dair görüş keçirildi, bu görüşlǝr davam etdirilǝcǝk. Amerika Rusiyanın Suriyada sadǝcǝ DEAŞ-ı hǝdǝf götürmǝsini istǝyir. Bu, açıq şǝkildǝ Rusiya tǝrǝfinǝ bildirildi.
Digǝr tǝrǝfdǝn Rusiya Xarici İşlǝr naziri Sergey Lavrov BMT-dǝ keçirdiyi mǝtbuat konfransında ölkǝsinin Suriyada başlatdığı hava ǝmǝliyyatına dair suallara cavab verib.
Lavrov bildirib ki, ölkǝsinin Suriyadakı hǝrbi varlığı beynǝlxalq hüquqa uyğundur. Bunu Suriya hökumǝti istǝyib.
Suriyada DEAŞ, Әl-Nusra vǝ digǝr terror tǝşkilatlarına qarşı mübarizǝ apardıqlarını vǝ ABŞ-ın başçılığındakı koalisiya ilǝ mǝqsǝdlǝrinin eyni olduğunu vurğulayan Lavrov terror tǝşkilatlarını BMT Baş Assambleyasının qǝrarları vǝ yaxud da Rusiyanın mǝhkǝmǝ qǝrarlarına ǝsasǝn müǝyyǝnlǝşdirdiklǝrini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr