Uzaq şərqlilərin Türk mətbəxinə marağı

Karabükün tarixi evləri ilə məşhur olan, UNESCO-nun Dünya Mədəniyyət İrsi Siyahısına düşən qəsəbəsi Safranboluya gələn turistlər qaldıqları malikənədə  Türk yeməkləri bişirirlər.

385533
Uzaq şərqlilərin Türk mətbəxinə  marağı

İldə təqribən 150 min əcnəbi turisti qəbul edən və dünyanın ən çox qorunan 20 şəhəri arasında yer alan Safranboluya gələn əcnəbilərin 80 %-ni Uzaq Şərqdən gələn turistlər təşkil edir.

Qəsəbədəki tarixi bir malikanədə otelcilik xidməti verən İbrahim Cəld Halaç Tayvan, Çin, İndoneziya və Yaponiyadan gələn əcnəbilərin həm öz yeməklərini, həm də Türk yeməklərini bişirmələrinə imkan yaratmaq məqsədilə evin mətbəxini müştərilərinə verdi.

Uzaq şərqli turistlərin yeməklərdə duzu və yağı çox az istifadə etdiyini bildirən Halaç: "Şorba bişirirlər, ət yeməkləri bizim yeməklərə bənzəyir. Tarhana şorbasını çox bəyənirlər. Tarhana şorbasını bişirməyi öyrəndikdən sonra başqa bir şorbaya ehtiyacları qalmadı " dedi.

Halaç turistlərin Türk yeməkləri ilə bərabər öz yeməklərini də bişirdiyini və bunun sayəsində malikənəyə  marağın da artdığını qeyd etdi.

Tayvanlı Alana Sonq isə tarixi qəsəbənin qorunan və hələ də yaşadılan mədəniyyətinin öz mədəniyyətlərinə çox bənzədiyini, bu səbəbdən də Safranbolunun diqqətlərini çəkdiyini söylədi.

Gəzdikləri ölkələrdə ən çox yemək məsələsində çətinlik çəkdiklərini dilə gətirən Sonq: "Başqalarının bişirdiyi duzlu yeməkləri yemək bizi narahat edir. Safranboluda bu problemi həll etdiyimiz üçün sevinirik. Burada Türk yeməkləri bişiririk və yeyirik" deyə danışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr