Yalçın Akdoğan:" PKK-ya qarşı mübarizə davam edəcək"

Baş nazir müavini Yalçın Akdoğan, separatçı terror təşkilatı PKK ilə mübarizənin davam edəcəyini bildirib.

347648
 Yalçın Akdoğan:" PKK-ya qarşı mübarizə  davam edəcək"

Yerli Rəhbərliklərin Məşvərət ilcasında çıxış edən Yalçın Akdoğan, terror təşkilatının İraqın şimalında darmadağın edildiyini vurğulayıb.
Terror təşkilatının küncə sıxışdırılmış vəziyyətdə olduğunu qeyd edən Akdoğan; ‘‘Kandil və düşərgələri başlarına yıxılmış vəziyətdədir. Bu mübarizə şəhər mərkəzlərində və bütün bölgədə davam edir və edəcək’’ deyib.
Həll prosesinin gələcəyinə də toxunan Yalçın Akdoğan, ‘‘Qaldığımız yerdən davam edək deyə bilmərik. Burada bir təhlükəsizlik problemi yarandı.Terror təşkilatı prosesə xəyanət etdi. Bu vəziyyətdə həll prosesinin davam etməsi mümkün deyil. Bu təhlükəsizlik problemi tamamilə bərpa olunmalıdır’’ deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr