"Türkiyǝ, ABŞ vǝ Rusiya arasında üçtǝrǝfli mexanizm qurulsun"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Suriya mǝsǝlǝsindǝ Türkiyǝ, ABŞ vǝ Rusiya arasında üçtǝrǝfli mexanizm qurulmasını tǝklif edib.

391908
"Türkiyǝ, ABŞ vǝ Rusiya arasında üçtǝrǝfli mexanizm qurulsun"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Suriya mǝsǝlǝsindǝ Türkiyǝ, ABŞ vǝ Rusiya arasında üçtǝrǝfli mexanizm qurulmasını tǝklif edib.
Әrdoğan Moskvadan qayıdarkǝn tǝyyarǝdǝ jurnalistlǝrin suallarına cavab verǝrǝk bildirib ki, Suriya mǝsǝlǝsindǝ keçǝn hǝftǝ Türkiyǝ vǝ Rusiyanın Xarici İşlǝr nazirlǝri görüş keçirdilǝr. İlk mǝrhǝlǝdǝ Türkiyǝ, ABŞ vǝ Rusiya arasında üçtǝrǝfli mexanizm qurulması üçün bir addım atılsın. Әrǝbistan vǝ İranın iştirakı ilǝ bu mexanizm beşli dǝ ola bilǝr. Daha sonrakı prosesdǝ buna Avropa İttifaqı, Qǝtǝr vǝ İordaniya da qoşula bilǝr. BMT Baş Assambleyasının qǝrarından ǝvvǝl mövzuyla bağlı dǝyǝrlǝndirmǝlǝr üçün dǝ amil ola bilǝr.
Konkret bir problemǝ hǝll yolu tapılması üçün cǝhd göstǝrdiklǝrini vurğulayan Әrdoğan Suriya ilǝ 911 kilometrlik sǝrhǝd olduğunu, xaosdan qaçanların Türkiyǝyǝ üz tutduğunu, terrordan tǝmizlǝnmiş tǝhlükǝsiz bölgǝni dǝ bu qaçqınlar üçün istǝdiklǝrini, bu insanların ölkǝlǝrinǝ qayıtmaq istǝdiklǝrini, belǝ bir tǝhlükǝsiz bölgǝ olacağı tǝqdirdǝ qaçqınların orda yerlǝşdirilǝ bilǝcǝyini qeyd edib.
Rusiya ilǝ davam etdirilǝn layihǝlǝrin son vǝziyyǝtinǝ dair mǝlumat da verǝn Әrdoğan bildirib ki, nüvǝ stansiya üçün indiyǝdǝk Rusiyadan Türkiyǝyǝ gǝlǝn üç mǝnbǝ 3 milyard dollara çatıb. Limanlarla bağlı layihǝ davam edir. Bu işǝ bir qǝdǝr sürǝt qazandırmağı da danışdıq. Rusiya “Türk axını” layihǝsi mövzusunda hǝr hansı mǝnfi mövqeyǝ sahib deyil.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr