PKK terror tǝşkilatına qarşı hava ǝmǝliyyatları davam edir

Polis İdarǝsinin müdiri Atalay Ürkǝrǝ yönǝldilmiş suiqǝsdin cinayǝtkarları öldürülüb.

391811
PKK terror tǝşkilatına qarşı hava ǝmǝliyyatları davam edir

Polis İdarǝsinin müdiri Atalay Ürkǝrǝ yönǝldilmiş suiqǝsdin cinayǝtkarları öldürülüb.
Bingöl vilayǝti ǝrazilǝrindǝ yol kǝsǝn PKK-lı terrorçulara müdaxilǝ etmǝyǝ gedǝn zirǝhli polis maşınına raketvuranla hücum edilib.
2 polis ǝmǝkdaşı ilǝ dinc ǝhalidǝn bir nǝfǝrin yaralandığı hücuma polis o anda cavab verib. Baş verǝn atışmada 4 terrorçu ölü olaraq ǝlǝ keçirilib.
Bingöl valisi Yavuz Sǝlim Köşgǝr zǝrǝrsizlǝşdirilǝn terorrorçuların Vilayǝt Polis İdarǝsinin müdiri Atalay Ürkǝrǝ yönǝldilmiş suiqǝsdin cinayǝtkarları olduğunu açıqlayıb.
PKK-lı terrorçular Siirt vilayǝtindǝ dǝ Gǝzǝr çayı üzǝrindǝki su anbarlarını qoruyan ǝsgǝrlǝrǝ atǝş ediblǝr. Nǝticǝdǝ bir ǝsgǝr yaralanıb.
Qaçan terrorçuların ǝlǝ keçirilmǝsi üçün hava dǝstǝkli ǝmǝliyyat başladılıb.
Türk Silahlı Qüvvǝlǝrinin terror tǝşkilatına qarşı hǝyata keçirdiyi hava ǝmǝliyyatları da davam edir.
Digǝr tǝrǝfdǝn terror tǝşkilatından qaçışlar da davam edir.
Şırnaq valiliyi terror tǝşkilatı PKK vǝ KCK-dan 7 terrorçunun qaçaraq tǝhlükǝsizlik qüvvǝlǝrinǝ tǝslim olduğunu açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr