"Qərb, Türkiyəyə qarşı heç bir zaman səmimi olmayıb"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, TRT-ə verdiyi açıqlamada jurnalistlərin suallarını cavablandırıb.

388819
"Qərb, Türkiyəyə qarşı heç bir zaman səmimi olmayıb"

Rəcəb Tayyib Ərdoğan, İsrailin Məscidi-Əqsaya istiqamətli addımlarının, Orta şərqə çox ciddi zərər verəcəyini bildirib.
Ərdoğan, İsrailin Məscidi-Əqsaya istiqamətli pozuntularına dair “İstədiyimiz bu məsələnin dərhal həll olunmasıdır. Məncə İsrail rəhbərliyi çox səhv addım atır. Sanki İslam dünyasını təhrik etmək üçün Fələstində, Orta Şərqdə yeni bir qarşıdurma yaradaraq Orta Şərqə çox ciddi zərər verəcəklər” deyə bildirib. Prezident həll prosesindən də danışaraq Türkiyədə sülhün bərqərar olması üçün çalışdığını bildirib.
Ərdoğan, Demokratik açılım və Milli Birlik Qardaşlıq layihəsinin geridə qaldığını, bildirərək, “Müsbət addımların atıldığını müşahidǝ etdiyimiz zaman qaldığı yerdən yenidǝn davam edǝbilǝr. Buna mane olan bir hal yoxdur” deyə vurğulayıb.
Prezident Ərdoğan, “Terrorla mübarizədə dünya kimin tərəfindədir” sualını cavablandıraraq “Dünya bu mövzuda səmimi deyil. Qərb dünyası Türkiyəyə qarşı heç bir zaman səmimi olmayıb, hər zaman bizdən uzaq olublar və təəssüf ki, terroru qismən də olsa dəstəkləyib” deyə bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr