Ərdoğan Səudiyyə kralı ilə telefonla danışdı

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Qüdsdəki hadisələrlə əlaqədar olaraq Səudiyyə Ərəbistan Kralı Salman bin Əbdüləziz Al Suud ilə dünən axşam telefonla danışıb.

388255
Ərdoğan Səudiyyə kralı ilə telefonla danışdı

Görüşdə İsrail əsgərlərinin Hərəmi Şərifdə tötətdikləri müzakirə olunub.
Prezident Ərdoğan, İsrailin hücumlarının dünən də davam etməsinin son dərəcə kədərli olduğuna toxunaraq, bu pozuntulara qarşı İslam dünyası başda olmaq üzrə beynəlxalq cəmiyyətin hərəkətə keçməsinin zəruriliyini vurğulayıb.
İslam Əməkdaşlığı Təşkilatının da bu məsələ ilə əlaqədar daha fəal olmasınin lazım olduğunu qeyd edən Ərdoğan müsəlmanların müqəddəs yerlərinin təhqir olunmasına yol verilməyəcəyini söyləyib.
Səudiyyə Ərəbistanı Kralı Salman da, Prezidenti Ərdoğanla eyni fikirləri bölüşdüyünü bildirərək, Məscidül- Əqsaya qarşı törədilənlərə və müsəlmanların sözügedən müqəddəs məkandan zorla çıxarılmasına heç vaxt razılıq verməyəcəklərini deyib.
Səudiyyə Ərəbistanı Kralı Salman, bu məsələni BMT gündəminə gətirmək üçün lazımi işlərə başladıqlarını qeyd edib.


Yəhudilərin yeni ili olan "Roş Aşana" bayramı ilə əlaqədar təxminən 50 gəlmə yəhudi İsrail Kənd Təsərrüfatı Naziri Uri Ariel ilə bərabər bazar günü Məscidül- Əqsaya girmişdilər. Gəlmələrin Əqsaya alınmasına etiraz edən və içəri girmək istəyən fələstinlilərə İsrail əsgərləri səs bombası, göz yaşardıcı qaz və plastik güllələr tətbiq etmişdi. Müdaxilə zamanı aralarında qadınların da olduğu çox sayda insan yaralanmışdı.

Gərginlik bazar günündən bu yana davam edir. Dünən səhər də İsrail əsgərləri çəkmələrlə Məscidül- Əqsaya girmiş və damına çıxmışdılar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr