"İsrail addım atmalıdır"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan BMT-dǝn İsrailin Әl-Әqsa mǝscidindǝki müdaxilǝlǝrǝ qarşı addım atmasını istǝyib.

349698
"İsrail addım atmalıdır"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan BMT-dǝn İsrailin Әl-Әqsa mǝscidindǝki müdaxilǝlǝrǝ qarşı addım atmasını istǝyib.
Әrdoğan İsrailin Qüdsdǝ Әl-Әqsa mǝscidinǝ müdaxilǝ etmǝsi vǝ müsǝlmanları hǝdǝf götürǝn hücumlarla bağlı olaraq BMT-nin Baş katibi ilǝ telefonla danışıb.
Әrdoğan İsrailin hücumlarının İslam alǝmindǝ ciddi ǝks-sǝda doğurduğuna diqqǝt çǝkǝrǝk BMT-ni Qüdsdǝki müdaxilǝlǝrǝ qarşı addım atmağa çağırıb.
Dövlǝt başçısı bildirib ki, Әl-Xǝlildǝki İbrahim mǝscidinǝ edilǝn hücum kimi son dövrdǝ İsrailin Әl-Әqsa mǝscidinǝ dǝ hücumlarını artırması ciddi narahatlıq doğurmuşdur.
Telefon danışığından sonra BMT Baş katibi Pan Gi Mun yazılı açıqlama verǝrǝk qeyd edib ki, tarixi Qüds şǝhǝrinin müdǝqqǝs yerlǝrindǝ gǝrginliyin dǝrinlǝşmǝsindǝn narahatam. Fǝrqli dini inanclara sahib hǝr kǝsin müqǝddǝs yerlǝrǝ getmǝsinǝ imkan yaradılmalıdır.
Xatırladaq ki, İsrail tǝhlükǝsizlik qüvvǝlǝri keçǝn hǝftǝ sonunda Әl-Әqsaya girǝrǝk müsǝlman qruplarla toqquşmuş vǝ müsǝlmanların mǝscidǝ girmǝlǝrinǝ müǝyyǝn müddǝt mane olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr