Atatürk hava limanına yeni mükafat

İstanbul Atatürk hava limanı dünyanın ən əhəmiyyətli uçuş mərkəzlərindən biri olaraq enmə zolağı şəbəkəsini genişləndirməyə davam edir.

387978
Atatürk hava limanına yeni mükafat

  Atatürk hava limanı Avropada ən uzun uçuşlu yol gedib-dönən hava limanı kimi “Avro Annies 2015” mükafatını alıb.

  Hava limanı keçən il uzun marşrut sayını 36-dan 40-a yüksəldərək hava sektorunun ən yaxşılarının təyin olunduğu “Avro Annies 2015”də ilk sırada yerləşib.

  2014-cü ildə 422 min təyyarə və 57 milyon yolçuya xidmət təqdim edən Atatürk hava limanı Avropada 4, dünyada 13-cü sırada yer alıb.

  Qazipaşa-Alanya hava lımanı isə Avropanın 100 min -1 milyon arası sərnişin sayı ilə hava limanları arasında ən sürətlə böyüyən hava limanı kimi mükafat qazanıb. Qazipaşa-Alanya hava limanı 2014-cü ildə sərnişin sayına görə 115 faiz artıb.

  Qeyd edək ki, İngiltərə mərkəzli hava xəbər və analiz saytı anna.aero tərəfindən verilən “Avro Annies” mükafatları havalimanı və hava yollarının inkişaf etdirmə və böyümə performanslarını qiymətləndirir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr