Xarici İşlǝr Nazirliyi Dağlıq Qarabağda keçirilǝcǝk seçkilǝri qı

XİN: Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu seçkiləri qınayır.

344313
Xarici İşlǝr Nazirliyi Dağlıq Qarabağda keçirilǝcǝk seçkilǝri qı

Xarici İşlǝr Nazirliyi Dağlıq Qarabağda keçirilǝcǝk seçkilǝri qınayıb.
Xarici İşlǝr Nazirliyinin açıqlamasında bildirilib ki, Türkiyǝ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu “seçkiləri” qınayır. 20 ildən çoxdur Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda sentyabrın 13-də keçiriləcək “yerli seçkilər” beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurası qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulmasıdır.
Xarici İşlǝr nazirliyinin açıqlamasında davamla deyilib ki, bu və bənzər addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması cəhdlərinə zərər verir. Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu “seçkiləri” qınayır. Qeyri-legitim saydığımız bu seçkilər və onun nəticələri Türkiyə tərəfindən tanınmayacaq. Minsk Qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həlli yönündə sǝylərə dəstəyini davam etdirǝcǝk”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr