"Çox yaşa, Türkiyə!"

Bu şüar terrora qarşı Türkiyəni dəstəkləyən dünya gənclərinə aiddir.

386173
"Çox yaşa, Türkiyə!"

  İslam Konfransı Gənclər Forumunda minlərlə gənc dünya səviyyəsində bir kampaniyaya başlayıb.

  Kampaniyanın ilk mərhələsi olaraq ictimai media seçilib.

  Türkiyəyə dəstək üçün hazırlanan video-çarx indidən böyük marağa səbəb olub.

  Kampaniyanın başlandığı gün "Long live Turkey", yəni "Çox yaşa, Türkiyə" başlığı ilə atılan mesajlar sayəsində mövzu dünya gündəmində ikinci sırada yer alıb.

  Qeyd edək ki, kampaniya ictimai mediayla məhdud qalmayacaq. Gənclər terror təşkilatlarına qarşı çıxaraq onların azaldılmasını hədəf kimi qoyur. Bunun üçün nizamlı olaraq terror təşkilatlarının iç üzünü açan fayllar hazırlanaraq geniş kütlələrə çatdırılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr