"Türkiyǝnin hava mǝkanından istifadǝ icazǝsi istǝnilməyib"

Xarici İşlər Nazirliyi: Rus təyyarələrinin Suriyaya uçuşu ilə əlaqədar Türkiyə hava məkanından istifadəsi istənilməyib.

377688
"Türkiyǝnin hava mǝkanından istifadǝ icazǝsi istǝnilməyib"

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi, Suriyaya humanitar yardım daşıyan təyyarələrin Türkiyə hava məkanından istifadəsinin istənilmədiyini bildirib.
Türk rəsmisi "məsələnin həssaslığı" baxımından Suriyaya uçan hər bir xarici təyyarənin Türk hava məkanından istifadə etməsinə icazə verilməsi məsələsinin ətraflı təhlil olunduğunu qeyd edib.
Rusiyanın Suriyaya humanitar yardım daşıyan təyyarələrinin Bolqarıstan və Yunanıstan hava məkanlarını istifadə etməsinə dair tələbinə ABŞ da reaksiya verib.
Çərşənbə axşamı Bolqarıstanın Xarici İşlər Nazirliyi 1-24 Sentyabr tarixləri arasında Suriyaya humanitar yardım daşıyan Rusiyaya məxsus təyyarələrin Bolqarıstan hava məkanından istifadə etməyəcəyini açıqlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr