Terrora lǝnǝt yürüşlǝri bütün şǝhǝrlǝrdǝ davam edir

Paytaxt Ankarada keçirilən yürüyüş Kızılay meydanına qədər davam edib.

343635
Terrora lǝnǝt yürüşlǝri bütün şǝhǝrlǝrdǝ davam edir

Hakkari və Iğdırdaki terror aktları, Türkiyədə təşkil edilən yürüyüşlərlə etiraz edilib. Paytaxt Ankarada Türk bayrağı daşıyan aksiyaçılar terror ǝleyhdarı şüarlar səsləndiriblǝr.

“Şəhidə Hörmət Terrora Lənət” yürüyüşü Kızılay meydanına qədər davam edib.

Nümayişçilər, “Kızılay”da şəhidləri sükutla yad edib, İstiklal Himni oxuyub və dua edib. 

İstanbulda da, Mecidiyeköydə toplanan minlərlə adam, əllərində Türk bayraqları ilə Beşiktaş Meydanına doğru yürüyüş edib.
“Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirən qrupa ətrafdakı vətəndaşlar da dəstək verib.
İstanbulda da, terror hücumlarına qarşı etiraz aksiyaları reallaşdırılıb, bəzi qruplar mətbuat binalarına hücum edib.
Terror aktları, Kahramanmaraş, Yozgat, Mersin, Hatay, Konya, Samsun, Karabük, Tokat, Kırıkkale, Aksaray, Kütahya, Çanaqqala, Bursa, Sakarya, Balıkesir, Amasya, Dənizli, Aydın, Muğla və İzmirdə də etiraz edilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr