Şəhidlərlə son vida

Iğdırdaki xain hücumda şəhid olan polis ǝmǝkdaşlarından 5-i doğma torpaqlarında son mənzilə yola salınıb.

343840
Şəhidlərlə son vida

Şəhid, polis məmuru Yaşar Doğançay üçün Bolunun Dörtdivan bölgəsində cənazə mərasimi təşkil edilib. Təşkil edilən mərasimə şəhidin ailəsi, yaxınları və səlahiyyətlilərlə birlikdə minlərlə adam qatılılıb. Evli və iki uşaq atası olan Yaşar Doğançay Cemaller kəndində dualarla dəfn edilib.
Şəhid, Polis məmurları Nəbi Gündoğan və Bəkir Serhat Qayanın cənazə namazları isə Kırıkkaledəki Nur məscidində qılınıb. Nəbi Gündoğan Balışeyh bölgəsinin Akçakavak kəndində, Bəkir Serhat Kaya isə Kırıkkalǝ Xiyabanında əbədiyyətə yola salınıb.
Şəhid, Polis məmurlarından 27 yaşlı 2 uşaq atası Yusuf Yelkenci Zonguldakın Üçköy qəbiristanlığında, Adəm Cankurtaran isə Yozgatın Osman Paşa kəndində torpağa tapşırılıb.
Adəm Cankurtaran, evli və bir övlad atası idi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr