Şəhid olan əsgərlər doğulduqları şəhərlərdə torpağa tapşırılacaq

Hakkarinin Dağlıca rayonunda bazar günü edilən terror hücumunda şəhid olan 16 əsgər bu gün öz şəhərlərində torpağa tapşırılacaq.

376127
Şəhid olan əsgərlər doğulduqları şəhərlərdə torpağa tapşırılacaq

  Əsgərlər üçün birinci mərasim Van Filo Komandanlığında ediləcək. Mərasimdə Baş nazir Əhməd Davudoğlu da iştirak edəcək.

  Çıxışlardan sonra şəhidlərin cənazələri doğulduqları yerlərdə toprağa tapşırılacaq. Tabur komandiri, Qərargahın podpolkovniki İlker Çelikcan Bursada, digər şəhidlərin cənazələri isə Muğla, Düzce, Osmaniye, Manisa, Balıkesir, Mersin, Çanaqqala, Kahramanmaraş, Biləcik, Ərzurum, Ərdahan, Iğdır, Tokat, və Konyada dəfn olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr