"Silahlar susarsa, əməliyyatlara ehtiyac qalmaz", Ə.Davudoğlu

Baş nazir Əhməd Davudoğlu İraqda qaçırılan 18 türkiyəli işçi ilə əlaqədar İraqın Baş naziri Heydər Əl-İbadi ilə telefonda danışıb, ona məsələni yaxından təqib etdiyi üçün təşəkkürünü və Türkiyənin hər cür yardım etməyə hazır olduğunu bildirib.

374675
"Silahlar susarsa, əməliyyatlara ehtiyac qalmaz", Ə.Davudoğlu

  İki Baş nazir telefonda DEAŞ-a qarşı aparılan əməliyyatlara da toxunub.

  Baş nazir Davudoğlu İraqın terror təşkilatı DEAŞ-dan qurtarılması üçün hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib. İbadi də öz növbəsində İraq torpaqlarından Türkiyəyə qarşı hər hansı hücumun qarşısını almaqda hər cür əməkdaşlığa açıq olduqlarını söyləyib.

  Söhbət zamanı PKK terror təşkilatına istiqamətli İraqın şimalında həyata keçirilən hava əməliyyatlarından da danışılıb.

  Baş nazir Əhməd Davudoğlu: "Silahlar susarsa, əməliyyatlara da ehtiyac qalmaz" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr