Davudoğlu iraqlı həmkarına təşəkkür etdi

Baş nazir Əhməd Davudoğlu İraqın Baş naziri Heydər Əl-İbadiyə zəng edərək 18 türkiyəlinin tapılmasıyla bağlı göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

342725
Davudoğlu iraqlı həmkarına təşəkkür etdi

  Türkiyənin İraqın DEAŞ terror təşkilatından qurtarılması üçün hər cür əməkdaşlığa hazır olduğunu söyləyən Davudoğlu qaçırılan işçilərin yalnız ailələrinin ruzisi üçün deyil, eyni zamanda, İraq iqtisadiyyatına fayda gətirmək üçün İraqda çalışdıqlarını vurğulayıb.

  Əhməd Davudoğlu DEAŞ-a qarşı koalisiya gücləriylə birlikdə əməliyyatların davam etdiyini sözlərinə əlavə edib.

  İraq Baş naziri İbadi də öz növbəsində İraq torpaqlarından Türkiyəyə istiqamətli hücumları əsla qəbul etmədiklərini və bu barədə də hər cür əməkdaşlığa açıq olduqlarını deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr