TÜRKKÖK dünya uşaqlarının da ümid yeri olacaq

Türkiyə Səhiyyə Xidmətləri Baş Direktor Müavini Arif Kapuağası Türkiyə Kök Hüceyrə Koordinasiya Mərkəzi (TÜRKKÖK) layihəsindən əldə edilən sümük iliyi göstəricilərinin dünyada ilik nəqli gözləyən xəstələrə də yardımçı olması üçün paylaşılacağını söylədi.

373942
TÜRKKÖK dünya uşaqlarının da ümid yeri olacaq

Kapuağası bir il əvvəl toxuma tipləndirmə laboratoriyasının bazasını yaratdıqlarını bildirərək, bu laboratoriyanın dünyanın ən həcmli və yüksək səviyyəli laboratoriyalarından biri olduğunu vurğuladı.

Baş Direktor Müavini Türk Kızılayı ilə protokol imzaladıqlarını və ilik verən könüllülərin sayının artırılmasını təmin etdiklərini bildirdi.

Könüllülərin bu işin ciddiyətini anlamasının layihə üçün əhəmiyyətini vurğulayan Kapuağası: "Könüllüyə "sizin toxumanız uyğun gəldi" deyildiyi zaman onun ilik verməkdən boyun qaçırmaması lazımdır" dedi.

Layihə başladığında hədəflərinin bir ildə 50 min könüllü olduğunu söyləyən Kapuağası, bu hədəfi 6 ay ərzində əldə etdiklərini dedi.

O, Könüllü sayını 5 ildə 250 minə çıxarmağı nəzərdə tutduqlarını, 500 min könüllü toplanıldığında isə Türkiyədəki xəstələrin 0,75 %-nin sümük iliyi ehtiyacının bank tərəfindən təmin olunacağını qeyd etdi.

Kapuağası bu ilik bankından yalnız Türkiyədəki xəstələrin deyil, dünyadakı xəstələrin də yararlanacağını vurğulayaraq: "TÜRKKÖK Milli Sümük İliyi Bankındakı göstəriciləri Dünya Sümük İliyi Bankına qeyd edəcəyik. İllər boyu başqa ölkələrdən ilik aldığımız kimi, dünyanın hər hansı bir yerində ilik nəqlinə ehtiyacı olan uşağa burada uyğun ilik tapıldığı təqdirdə göndərəcəyik" deyə danışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr