Milli Təhlükəsizlik Şurası-ın yığıncağı keçirilib

Milli Təhlükəsizlik Şurası terrora qarşı mübarizəyə davam edəcəyini açıqlayıb.

373635
Milli Təhlükəsizlik Şurası-ın yığıncağı keçirilib

Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığında keçirilən Milli Təhlükəsizlik Şurası yığıncayında terrora qarşı mübarizə, seçki təhlükəsizliyi və Suriya sərhəddindəki neytral bölgə kimi mövzuları müzakirə edilib.
5 saatdan çox davam edən yığıncaqda ordu Generalı Hulusi Akar ilk dəfə Baş Qərarqah Rəisi qismində iştirak edib.
Yığıncaqdan sonra verilən açıqlamada ‘‘Əmin-amanlığı və sülh mühitini pozmağa çalışan terrorçular, millətin qardaşlıq duyğularını və birlikdə yaşama arzusunu zəiflətmək məqsədinə nail olmayacaqlar" deyə bildirib.
İraq və Suriyada yerləşən DEAŞ və digər terror qruplaşmalarına qarşı mübarizənin davam edəcəyinə toxunulan açıqlamada; Suriya “sərhədləri daxilində yaradılacaq neytral bölgə Suriya xalqının təhlükəsizliyində mühüm rol oynayacaq’’ deyə vurğulanıb.
Qeyd edək ki, açıqlamada həmçinin Paralel quruluşa qarşı ölkə daxilində və xaricdə, mübarizənin davam edəcəyi qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr