MTŞ-ı Prezident Sarayında toplanacaq

Milli Təhlükəsizlik Şurası, Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığında Prezident sarayında toplanacaq.

373192
MTŞ-ı  Prezident  Sarayında toplanacaq

Yığıncaqda, terrora qarşı mübarizə və seçki təhlükəsizliyi kimi mövzular müzakirə ediləcək.
Şərq və Cənub-şərqdə seçki təhlükəsizliyi üçün alınacaq əlavə tədbirlərin təhlil ediləcəyi yığıncaqda , Suriya, İraq və DEAŞ mövzuları da gündəmə salınacaq.
Qeyd edək ki, Milli Təhlükəsizlik Şurası ilcasına yeni nazirlər də qatılacaq.

Baş nazir müavinləri Tuğrul Türkeş , Cevdet Yılmaz və Daxili İşlər naziri Selami Altınok Şuraya ilk dəfə üzv qismində qatılacaq.

Daha əvvəlki toplantılarda, Quru qüvvələri Komandiri olaraq iştirak edən ordu Generalı Hulusi Akar Baş qərargah rəisi, Feridun Sinirlioğlu Xarici İşlər Naziri qismində iştirak edəcək.
Quru qüvvələri, Hava qüvvələri və Jandarma komandirləri də ilk dəfə MTŞ iclasında iştirak edəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr