Daha bir ölkǝ ilǝ e-viza rejimi qǝbul edilib

Türkiyǝ Xarici İşlǝr Nazirliyi Türkiyǝ-Keniya viza rejimindǝ dǝyişiklik edildiyini açıqlayıb.

341954
Daha bir ölkǝ ilǝ e-viza rejimi qǝbul edilib

Türkiyǝ Xarici İşlǝr Nazirliyi Türkiyǝ-Keniya viza rejimindǝ dǝyişiklik edildiyini açıqlayıb.
Nazirliyin mǝlumatına ǝsasǝn, sentyabrın 1-dǝn tutmuş Keniyaya sǝyahǝt edǝcǝk Türk vǝtǝndaşları üçün hava limanları başda olmaqla sǝrhǝd keçid mǝntǝqǝlǝri vǝ Keniya Sǝfirliklǝrindǝ viza vermǝ işlǝri lǝğv edilib.
Viza alınmasının ǝn az iki gün çǝkǝ bilǝcǝyi qeyd edilǝn açıqlamada, viza alacaq şǝxslǝrin Keniyaya getmǝmiş www.ecitizǝn.go.ke web saytındakı “Services” bölmǝsinǝ daxil olaraq elektron viza almasının vacibliyi vurğulanıb.
Açıqlamada bildirilib ki, vǝtǝndaşlar Keniyaya çatanda ǝllǝrindǝ elektron viza sǝnǝdilǝ birlikdǝ ǝn azı 6 ay vaxtı olan pasport, hansı oteldǝ qalacağına dair sǝnǝd, sǝyahǝt proqramı (turist olaraq gǝdilirsǝ) ziyarǝt edilǝcǝk yerlǝrin siyahısı vǝ (iş vǝ yoldaş ziyarǝtlǝri üçün) dǝvǝt mǝktubu kimi ǝlavǝ sǝnǝdlǝrini keçid mǝntǝqǝsindǝki polisǝ tǝqdim etmǝlidir.
Açıqlamada e-vizası olmayan xaricilǝrin tǝyyarǝyǝ vǝ Keniyaya giriş tǝlǝblǝrinin qǝbul edilǝ bilmǝyǝcǝyi vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr