Bir banan ağacının gövdəsindən iki salxım çıxdı

Türkiyənin Mersin şəhərində bir banan ağacı iki salxım bar verdi.

341740
Bir banan ağacının gövdəsindən iki salxım çıxdı

Normalda bir banan ağacının meyvələri bir salxımda toplaşır. Amma Türkiyənin Mersin şəhərinin Anamur qəsəbəsində gövdəsində iki salxımı olan banan ağacı görənlərin təəccübünə səbəb oldu.
Əmirşah Məhləsindəki istixanasında banan yetişdirməklə məşğul olan Şadiye Maşoğlu ağaçları suladığı zaman bir ağacın başqalarından fərqli olduğunu gördü.
Maşoğlu ağaca diqqətlə baxdıqdan sonra çox nadir görünən bir hadisə ilə qarşılaşdığı və banan ağacında “ekiz doğuş”un baş verdiyi qənaitinə gəldi.
İlk dəfə belə bir vəziyyətin şahidi olduğunu təsbit edən Maşoğlu: “İlk dəfə bananın ekiz doğduğunu gördüm. Çox xoşbəxt oldum” dedi.
Hadisənin olduğu baxçada tədqiqt aparan kənd təsərrüfatı mühəndisi Cankut Dəniz də təbii mutasiya nəticəsində ortaya çıxan hadisənin bölgədə çox nadir görüldüyünü söylədi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr