Müvəqqəti hökumət qurma prosesinin son mərhələsi yaxınlaşır

Müxalifət partiyalarına ayrılan 11 nazirlikdən yalnız 3-nə müsbət cavab gəlib

370866
Müvəqqəti  hökumət qurma prosesinin son mərhələsi yaxınlaşır

Bütün diqqət prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Əhməd Davudoğlunun axşam saatlarında keçirəcəkləri görüşə cəmlənib. Görüşdə Davudoğlunun müvəqqəti hökümətdə yer alanların siyahısını prezident Rəcəb Tayyib Ərdoğana təqdim etməsi gözlənilir. Baş nazir tərəfindən qurulacaq hökumətin Daxili İşlər, Nəqliyyat və Ədalət nazirləri müstəqil namizədlərdən olacaq. Müxalifət partiyalarına ayrılan 11 nazirlikdən yalnız 3-nə müsbət cavab gəlib, digər 8 namizəd müstəqil olacaq. AK Partiyalı 11 vəkil isə bu gün nazir vəzifəsinin icrasına başlayacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr