Әminə Çolak Ankarada bir sıra görüşlər keçirir

Şimali Kıbrıs Türk Cümhuriyyəti Xarici İşlər nazirinin Türkiyəyə ilk rəsmi səfəri reallaşıb.

340382
Әminə Çolak Ankarada bir sıra görüşlər keçirir

Şimali Kıbrıs Türk Cümhuriyyəti Xarici İşlər nazirinin Türkiyəyə ilk rəsmi səfəri reallaşıb.

Әminə Çolak, Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun dəvəti ilə Ankaraya gəlib. Nümayəndə heyəti ilə gələn Çolakın Türkiyəyə ilk rəsmi səfəridir. Görüşlərdə Kıbrıs probleminin həlli ilə bağlı müzakirə prosesi və Türkiyə ilə Şimali Kıbrıs Türk Cümhuriyyəti əlaqələrinə dair fikir mübadiləsi aparılır.

Avropa İttifaqı naziri və Baş müzakirəçi Volkan Bozkır, qonaq Xarici İşlər naziri ilə bir araya gəlib.

Bozkır Kıbrıs məsələsinin həllə qovuşdurulmasının Türkiyənin ilk yerdəki məsələlərindən olduğunu vurğulayıb. Nazir bildirib ki, Türkiyə kıbrıslı qardaşlarımızın hər zaman yanında olacaqdır.
Səfər çərçivəsində həmçinin Xarici İşlər Nazirlikləri arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair razılaşma imzalanması da planlaşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr